Xəbəri Kokpitdə Oxuyun!

Tsunoda 100-cü yarışına hazırlaşır

Red Bull komandasının sürücüsü Yuki Tsunoda bu həftəsonu Kanadada 100-cü yarışına çıxmağa başlayır.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Formula 1 karyerasına 2021-ci ildə başlasa da, hələ də qələbəsi və ya podiumu yoxdur.

Yuki Tsunoda: “Bu həftə Kanadada olmağı səbirsizliklə gözləyirəm. Bu, təqvimdə ən çox sevdiyim yarışlardan biridir. Mən Monrealı, şəhərin enerjisini, yeməklərini, alış-verişini sevirəm. Burada vaxt keçirmək həqiqətən də əyləncəlidir.

Bu həftəsonu 100-cü Formula 1 yarışıma çıxıram. Bu, bir az dəlilikdir. Özümü debütant kimi hiss edirəm, amma eyni zamanda elə bilirəm ki, həmişə bu işin içində olmuşam

Bu 100 yarışın hər biri mənim üçün xüsusi olub. Bu idman növündə olduğum üçün özümü şanslı hiss edirəm və bu xüsusi yarışı yaxşı nəticə ilə taclandırmaq istəyirəm.

Barselonadakı yarışdan sonra iki yaxşı test günü keçirdim. Bazada simulyatorda işlədik. Komanda ilə çox çalışdıq. İspaniyadan sonra sıralanma turunda daha yaxşı çıxış etməliyik və bunun üçün lazımi hazırlıqları görmüşük.

Kanadada hava bəzi sürprizlər gətirə bilər, lakin bu dəfə hava quru olacaq. Bu, hədəflərimizə çatmaq üçün bizə kömək edə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et