Xəbəri Kokpitdə Oxuyun!

RB Hacarı Red Bulla buraxmaq istəmir

Əgər Maks Ferstappen bir yarışlıq diskvalifikasiya olunsa, onu həmin yarışda Racing Bulls pilotlarından birinin əvəzləməsi gözlənilir.

Lakin Faentsalı komandanın icraçı direktoru Peter Bayer Ayzek Hacarın göndərilməsinə razılıq verməyib. Üstəlik, Racing Bulls rəhbərliyi Ayzekin bu il yalnız bir mərhələlik deyil, gələn mövsüm də Ferstappenin daimi komanda yoldaşı kimi əsas komandaya keçməsini istəmir. “Xahiş etmişəm ki, bu istedadlı oğlanı bizdən çox tez almasınlar, – deyə Bayerin sözlərini İsveçrənin Blick qəzeti dərc edib. – O, 2026-cı ilin sonuna qədər bizimlə qalmalı, öyrənməyə və təcrübə toplamağa davam etməlidir”.

Daha sonra Peter Bayer zarafatla əlavə edib: “Bəlkə də bunun üçün onu qandal ilə bura bağlamalı olacağıq”.

Xatırladaq ki, Maks sonuncu İspaniya yarışında aldığı cərimə xalları ilə limitə demək olar ki, çatıb və növbəti mərhələlərdə adi bir səhv onu bir yarışdan məhrum edə bilər…

Elçin Zodorov

Şərh əlavə et