Xəbəri Kokpitdə Oxuyun!

Kanadaya gətirilən təkərlər məlumdur

Formula 1 bu həftəsonu Kanada Qran Prisində komandaların istifadə edəcəyi təkər dəstlərini açıqlayıb.

Kolpit.az bildirir ki, bu il İmola və Monakoda istifadə olunmuş C6 tərkiblər Kanada Qran Prisinə də gətiriləcək. Bu təkərlərlə yanaşı C5 və C4 tərkiblərdən də Monrealda istifadə olunacaq.

Komandalar iki dəst Hard, üç dəst Medium və 8 dəst Soft təkərlərlə gəliblər. Bundan başqa yağışlı havalar üçün keçid və yağış təkərləri də Kanadada lazım olduğu halda istifadə ediləcəklər.

Sıralanma turunda son sessiyaya qalan sürücülərə isə əlavə bir dəst Soft təkər veriləcək. Yarış quru havada keçsə, bütün sürücülər yarış ərzində ən az iki fərqli quru təkər dəstindən istifadə etməli olacaqlar.

Pirelli həftəsonu üçün bu qeydləri bildirib: “Jil Vilnöv trasında təkərlər üzərində üfüqi qüvvət orta və aşağı səviyyədə, şaquli qüvvət isə bir az daha çox, amma yüksək olmayan səviyyədə hiss edilir.

Trasın səthi çox düzdür və təkərləri yemir. Bundan başqa il ərzində ancaq Formula 1 zamanı istifadə edilir. Xüsusən də cümə günü sərbəst yürüşlər zamanı təkərlər çox yeyilə bilər. Ancaq trasda kauçuk örtüyü artdıqca bu hal aradan qalxacaq.

Dövrəvi nəticələr yalnız günlər ərzində yox, eyni sessiya ərzində belə çox sürətli formada dəyişə bilər”.

Bundan başqa Monrealdakı hava şəraiti yarışı daha da müəmmalı edəcək. Birdən yağan yağış, qeyri-stabil isti hava və küləyin dəyişməsi təkər strategiyasına ciddi formada təsir edə bilər.

Rauf Hacıyev

Şərh əlavə et