Xəbəri Kokpitdə Oxuyun!

P.Marti: Lindbladı geridə qoya bilərəm

Red Bull Sürücü Akademiyasının sürücüsü Formula 2-də çətin keçən mövsümdən sonra performansını artırmağa qərarlıdır. İspaniyalı sürücü komanda yoldaşı Arvid Lindbladı geridə qoya biləcəyini deyib.

Kokpit.az bildirir ki, 20 yaşlı sürücü bu il Formula 2-də yarışır və o, keçən mövsüm Ayzek Hacar ilə komanda yoldaşı olmuşdu. İspaniyalı sürücü bildirib ki, o Hacardan çox şey öyrənib və bu il hədəfi qətidir.

Pepe Marti: “Ayzek keçən il ikinci mövsümündə idi. Buna görə də çox şeydən xəbərdar idi. Nə etməli olduğunu, nəyi etməməli olduğunu… bu anlamda çox şey öyrəndim”.

Pepe debütant komanda yoldaşı Arvid Lindblada təriflər yağdırıb: “Barselonada həm sıralanma turunda, həm də yarışda əla iş gördü. Sürətli sürücüdür və bunu göstərdi. Ancaq mən onu keçə biləcəyimə inanmasaydım, burada olmazdım”.

İspaniyalı sürücü hazırda çempionatda yeddinci yerdədir. O, Bəhreyndə sprint yarışını qazansa da, düşünür ki, göstərdiyi performans gözləntilərinin altındadır: “Yeddinci yerdə olmaq yaxşı hal deyil. Hazırda öz performansıma köklənməliyəm. Nə düz gedir, nəyi səhv edirəm bunları anlamalıyam.

Özümü çox yaxşı tanıyıram və bilirəm ki, yaxşı performans göstərə bilərəm”.

Rauf Hacıyev

Şərh əlavə et