Kokpit.az xatırladır ki, Ədrian Nyui keçən ilin may ayında Red Bull-dan ayrılacağını açıqlayanda Ferrari komandası onu transfer etmək üçün ən böyük favorit idi. Lakin sonda Formula 1 tarixinin ən yaxşı mühəndisini Aston Martin komandası qapmışdı. Adrian hazırda Aston Martin-in 2026-cı il layihəsi üzərində işləyir.
Devid Kulthard: “Ferrari kimi komanda bu qədər qlobal dəstəyə və potensiala baxmayaraq necə olur ki, davamlı qazana bilmir?
Ədrian Nyui kimi bir əfsanəni Aston Martin razı sala bildi, Ferrari niyə razı sala bilmədi? Burada məsələ maddiyyat deyil. Ferrari Lyuis Həmiltonla 400 milyon dollar dəyərində çoxillik müqavilə bağladı. Nyui üçün də lazım olanı edə bilərdi”.
Devid Kulthard Ədrian Nyuinin Red Bull-a transfer prosesindən də danışıb: “Ditrix Mateşiç ilk dəfə Nyui üçün istənən pulun çox olduğunu düşünürdü. Amma mən ona dedim ki, bu pulu bir pilota verərsən, amma mühəndis daha vacibdir, çünki yaxşı maşınla ortabab sürücü belə qalib gələ bilər. Yekunda Ədrianı gətirdik və uğurlar qazandıq”.
Qeyd edək ki, Ferrari komandası sonun Sürücülər Çempionatını 2007-ci ildə Kimi Rəykkönenlə qazanıb. “Qırmızılar” sonuncu dəfə Mühəndislər Kubokunda isə 2008-ci ildə qalib gəlib.
Şərh əlavə et