Kokpit.az bildirir ki, bu lisenziya sürücü 18 yaşına gələndən sonra verilir. Bu da Formula 1-də yarışmaq üçün vacib şərtlərdən biridir. Buna baxmayaraq Lindblad 18 yaşına çatmamış FİA-dan super lisenziya ala bilib. FİA Red Bull-un müraciətini dəyərləndirib və istisna qərar alıb.
Qeyd edək ki, Arvid Lindbladın 8 avqust 2025-ci ildə 18 yaşı tamam olacaq. Buna görə də super lisenziya müraciəti üçün ən az iki ay da gözləməli idi. Ancaq Red Bull komandası Mercedes-in 2024-cü ildə Kimi Antonelli üçün müraciətinə bənzər nümunədən faydalanıb və FİA-nın Beynəlxalq İdman Kodeksindəki xüsusi maddəyə istinad edərək, erkən lisenziya tələbi edib.
Bu tələb Makauda topnanan FİA-nın Avtoidman Şurasında dəyərləndirilib və qəbul edilib: “FİA Arvid Lindblad üçüb 18 yaşına çatmamışdan əvvəl super lisenziya verilməsi ilə bağlı tələb alıb. Təqdim olunan məlumatların dəyərləndirilməsindən sonra Dünya Şurası sürücünün son dövrlərdə təkoturacaqlı yarışlarda möhtəşəm istedad olduğu qənaətinə gəlib və müraciəti təsdiqləyib”.
Bu təsdiqən sonra Lindblad 8 avqustu gözləmədən Red Bull və Racing Bulls komandaları üçün ehtiyat sürücü vəzifəsində işləyə biləcək.
Red Bull Lindblada super lisenziyanı vacib anda – Maks Ferstappenin 11 cəza balı aldığı vaxt alıb və bu çox vacibdir. Ancaq “qırmızı öküzlər” bu müraciəti Maks Ferstappenin 3 cərimə balı aldığı Barselona yarışından əvvəl etmişdi.
Qeyd edək ki, Arvid Lindblad hazırda Formula 2-də Campos komandasında yarışır. O, F2-də debüt mövsümünü keçirməsinə baxmayaraq, bir dəfə əsas yarışda, 1 dəfə də sprint yarışında qalib gəlib və turnir cədvəlində üçüncü yerdədir. İsveçli sürücü hazırda Formula 1-də yarışmaq üçün əsas namizədlərdən biri sayılır.
Şərh əlavə et