Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər McLaren və sürücülərindən əmindir

Bukmeyker kontorları qarşıdan gələn Kanada Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Onlar Monrealdakı sürətli trasda McLaren sürücülərinin qarşısıalınmaz olacaqlarını düşünürlər. Çempionatın lideri Oskar Piastri qələbəyə ən yaxın sürücü hesab olunur. Onun komanda yoldaşının əmsalı cüzi fərqlənir. Bu iki sürücü ilə yalnız Maks Ferstappenin mübarizə apara biləcəyi düşünülür…

Oskar Piastri – 2.37
Lando Norris – 2.62
Maks Ferstappen – 6.00
Şarl Lekler – 15.00
Corc Rassell, Lyuis Həmilton – 17.00 
Kimi Antonelli – 51.00

İspaniyada Oskarın komanda yoldaşı üzərində çempionatdakı üstünlüyünü 10 xala çatdırması dərhal əmsallara təsir edib. Bukmeykerlər keçən dəfəki proqnozla müqayisədə, Maksın titulunu qoruyacağına daha pessimist yanaşırlar…

Oskar Piastri – 1.61
Lando Norris – 2.75
Maks Ferstappen – 9.00
Corc Rassell, Şarl Lekler– 151.00
Lyuis Həmilton – 251.00

Bukmeyker kontorları Mühəndislər Kuboku ilə bağlı mərcləri qəbul etməyi dayandırıb.

Elçin Zodorov

Şərh əlavə et