Kokpit.az bildirir ki, bununla da Toprak MotoGP-də yarışan ilk türkiyəli sürücü olacaq. O, Pramac Yamaha-da yarışacaq və Yamaha-nın motosikleti ilə mübarizə aparacaq. Bununla da Yamaha ilə Toprak arasında əlaqələr daha da güclənib.
Yamaha-nın Motor Racing Rəhbəri Paolo Pavesio: “Toprakı Yamaha ailəsinə transfer etdiyimiz üçün sevincliyik. Toprak Superbike seriyasında Yamaha tarixinin ən çox yarış qazanan sürücüsü oldu və heyrətamiz istedada malik olduğunu isbatladı. İki dəfə Dünya Çempionluğunu qazandı və bu, heç də asan deyil.
Onun MotoGP-yə keçidi həm “evə dönüş”, həm də mərhələli inkişaf hədəfi ilə planlaşdırılmış yeni meydanoxumadır.
Onun mübarizəçi ruhu və qərarlılığı həm Prima Pramac Yamaha komandasına, həm Yamaha-nın cəsarətrli MotoGP strategiyasına uyğundur. Buna görə də bu keçid üçün 2026-cı il mövsümünü doğru zaman sayırıq”.
Şərh əlavə et