Yarış virtual Silverstoun trasında , Ferrari 488 GT3 Evo yarış avtomobilində keçirilib.
Yarışa ümumilikdə 700 iştirakçı qatılıb.
Pilotumuz yarışın sonunda 2:00.642 nəticə göstərərək öz regionunda 7-ci yeri tutub və dünya üzrə TOP 20 ən yaxşı pilot siyahısına daxil olub.
Yaqub Əliyev bu nəticə ilə Regional Final mərhələsinə vəsiqə qazanıb.
Regional Final mərhələsi 24 oktyabr tarixində virtual Laguna Seca trasinda keçiriləcək.
Qeyd edək ki, 21 yaşlı Yaqub dəfələrlə ölkəmizi beynəlxalq simulyator yarışlarında təmsil edib və çoxlu uğurlar qazanıb.
Belə ki, Yaqub Əliyev 2020-ci ildə 274-dən çox iştirakçının qatıldığı Toyota Gazoo Racing GT86 zaman yarışının qalibi oldu. 2021-ci ildə keçirilən FIA Gran Turismo SPORT Nation & Manufacture Cup yarışında MDB üzrə 1-ci nəticəyə nail olub.
2021-ci ildə DTF AVTOSPORT-un Gran Turismo SPORT platformasında keçirdiyi çempionatda çempionluq eldə edib.
Yaqub Əliyev 2024-cü ildə İspaniyanın Valensiya şəhərində təşkil edilən FİA Motorport Games-də iştirak edib. O, ESport kateqoriyasında çıxış edib və 100 yarışçı arasında Top 30-a daxil olub.
Sonda qeyd edək ki, Kokpit.az saytının komandası qarşıdan gələn yarışda pilotumuza uğurlar arzu edir.
Şərh əlavə et