Kokpit.az xəbər verir ki, yarış həftəsonu Monrealda buludlu, lakin quru hava şəraiti hökm sürəcək.
Cümə günündən bazar gününə kimi rahat hava şəraiti gözlənilir, temperatur 23 dərəcəyə qədər yüksələcək. Üç günün hər birində yağıntının düşmə ehtimalı 20%-dən çox deyil.
Xatırladaq ki, keçən il Kanada Qran Prisinin cümə məşqi və əsas sessiyası olan yarış yağışda, qalan sessiyalar quru trasda keçirilib.
Şərh əlavə et