Kokpit.az xatırladır ki, Ferrari bu mövsüm gözləntiləri qarşılaya bilmir. “Qırmızılar” son iki yarışda Leklerlə podiuma yüksəlsə də, McLaren-ə xeyli uduzurlar.
Barselonada elastik ön qanadların məhdudlaşdırılması da italyan komandasına kömək etməyib.
Lyuis Həmilton: “Bizi hansı yeniliklərin gözlədiyini bilmirəm. Uzun müddətdir ki, hər hansı bir yenilik gəlməyib. Əlimizdəkilərlə işləməyə davam edəcəyik və gec olmadan komandanın növbəti mövsümə köklənməsini istəyirəm.
Bu il bizim üçün bünövrəni qoymaq ilidir. Maşınla bağlı bütün sistemləri, mühəndislik vasitələrini və təşkilat quruluşunu nəzərdən keçiririk. Prosesləri yaxşılaşdırırıq. Bütün bunları gələn il güclü maşın əldə edə bilmək üçün edirik”.
Qeyd edək ki, Ferrari komandası bu il geridə qalan 9 yarışın sadəcə 3-də podiuma yüksəlib. Podiumların hər üçünü də Şarl Lekler qazanıb. Lyuis Həmiltonun builki ən yaxşı nəticəsi isə İmoladakı dördüncülükdür.
Şərh əlavə et