Xəbəri Kokpitdə Oxuyun!

Moto2 Araqon: Deniz Öncü ilk dəfə qazanıb

Moto2 üzrə Araqon Qran Prisinin əsas yarışını türkiyəli Deniz Öncü qazanıb və o, Moto2-də yarış qazanmış ilk türk sürücü olub.

Kokpit.az bildirir ki, Dioqo Moreyra yarışa pouldan başlayıb və startda yerini qorusa da, bir neçə döngədən sonra Deniz Öncü və Berri Baltusun təzyiqinə tab gətirə bilməyərək, üçüncü yerə düşüb.

İlk döngələrdə Aspar komamdasının iki sürücüsü Daniel Holqado və Devid Alonsonun qəzaları diqqəti cəlb edib. Holqadonun aqressiv hücumu qəza ilə nəticələnib və Alonso yarışı vaxtından əvvəl dayandırmalı olub.

Çempionatın lideri Manu Qonzales yarışa arxa pillələrdən başlasa da, stabil formada sürərək, 14-cü yerə qədər yüksəlib. Baltus isə Deniz Öncünü keçərək, birinci yerə yüksəlib. Altıncı dövrədə isə Canet Denizi keçərək, birinci yerə yüksəlib və komanda yoldaşı Baltusun dalınca düşüb.

Ancaq yarışın ikinci yarısında Deniz Öncü tempi artırıb. Türkiyəli sürücü 13-cü dövrədə Baltusu keçərək, yenidən birinci yerə yüksəlib.

Yarışın son dövrəsində isə Moreyra birinci yerə yüksəlib. Lakin Deniz təslim olmayıb və son döngədə etdiyi aqressiv hücumla liderliyə ələ alıb və finişə bir neçə metrə qalmış sürət üstünlüyündən də istifadə edərək, sadəcə 0.003 saniyə fərqlə birinci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et