Kokpit.az xatırladır ki, yarışa pouldan başlayan ispaniyalı sürücü startda liderliyini qoruyub və 23 dövrə ərzində üstünlüyünü qoruyaraq, yarışı qazanıb. Gresini Ducati komandasının sürücüsü Aleks Markes isə yarış ərzində Markı izləyərək, ikinci yeri tutub. Françesko Banyaya isə startda bir yer qazanıb və sona qədər yerini qoruyaraq, üçüncü olub. Bu üçlüyü KTM komandasından Pedro Akosta izləyib.
Yarışın əvvəlində isə Morbidelli isə pis start alaraq, altıncı yerə geriləyib. Lakin o, yarışın sonuna qədər Fermin Aldequer ilə sərt, amma təmiz mübarizə apararaq, beşinci yeri tutub.
Yarış ərzində bir neçə qəza baş verib. Bred Binder 11-ci dövrənin üçüncü döngəsində, Fabio Kuartataro isə 13-cü dövrənim birinci döngəsində qəza edərək, mübarizəni dayandırıblar. Yohan Zarko da ilk dövrələrdən qəza edərək, mübarizəni dayandırıb.
Yarışın ilk dövrələrində Pedro Akosta Françesko Bamyaya ilə ikinci yer uğrunda mübarizə aparıb. Sonrakı dövrələrdə isə ikinci yer uğrunda mübarizədə Banyaya rəqibi Aleks Markesi bir neçə dövrə izləsə də, yerlər dəyişməyib.
Aprilia-dan Marko Bezzekki isə yarışa 20-ci yerdən başlasa da, yaxşı performansla yarışı doqquzuncu yerdə bitirib.
Şərh əlavə et