Kokpit.az xatırladır ki, Ləns Stroll artıq Formula 1-də doqquzuncu mövsümünü keçirsə də, daha çox zəif nəticələrinə görə gündəmə gəlib. Əksəriyyət düşünür ki, o işinə qarşı istəksizdir.
Kanadalı pilotun jurnalistlərin suallarına qısa cavablar verməsi, çox vaxt gülməməsi, yarışlardakı qeyri-stabil çıxışı insanlarda mənfi təəssürat yaradıb.
Ancaq Formula 1 tarixinin ən güclü mühəndislərindən biri olan Ədrian Nyui bu fikirlərlə razı deyil: “Lənsin haqsız yerə pisləndiyini düşünürəm. Serxio Peres, Niko Hülkenberq, Sebastyan Fettel və indi də Fernando Alonso kimi sürücülərlə komanda yoldaşı olub. O, bu sürücülərlə tez-tez eyni səviyyədə sürüb.
Formula 1-də yarışan bütün sürücülər şübhəsiz ki, güclüdür. Ləns də insanların düşündüyündən daha sürətlidir”.
Şərh əlavə et