Kokpit.az xatırladır ki, Kimi Antonelli İspaniya yarışında yeddinci yerdə gedərkən güc qurğusunda problem yaşayıb və mübarizəni dayandırıb. Bununla da italyan sürücü ardıcıl üçüncü yarışdan xalsız qayıdıb. Debütant sürücü son dəfə may ayında keçirilən Mayami Qran Prisində xal qazanmışdı.
Ceyms Əllison: “Güc qurğusunda nə problem olduğunu hələ də bilmirik. Motor Britaniyadakı bazamıza göndərildi. Orada söküləcək və hərtərəfli təhlil ediləcək. Nə problem yaşandığı müəyyən olunacaq. Bununla da həm bizim, həm də müştəri komandalarımız üçün bütün motor sayına dair məsləhətlər veriləcək”.
Ancaq Mercedesi çətin problem gözləyir. Mövsümün geri qalanında güc qurğusu komponentlərinin sayına nəzarət etmək çox çətin olacaq. Əgər İspaniyadakı problemdə güc qurğusunun bütün komponentləri zərər görübsə, komanda Kanadada tamamilə yeni güc qurğusuna keçməlidir.
Belə olan halda daxiliyanma mühərriyi, MGU-H, MGU-K və turbo kimi 4 əsas komponentin bu mövsüm ikincisinə keçiləcək.
FİA-nın qaydalarına görə bu komponentlərdən sadəcə dörd ədəd istifadə etmək olar.
Ceyms Əllison bu barədə belə danışıb: “Bu halda güc qurğusu sayında bir az təzyiqlə qarşılaşacsğıq. Gələn yarış həftəsonunda yeni bir güc qurğusuna keçsək, cəza almayacağıq, çünki hələ icazə verilən həddə çatmamışıq. Ancaq ilin hələ üçdə biri geridə qalıb. Hətta bir az artığı. Buna görə də mövsümün qalan hissəsində ehtiyatda olan detalları diqqətlə istifadə etməliyik. Çox diqqətli olmalıyıq. Ancaq bir güc qurğusunun ömürünü tamamlaması ilə hovuzdan çıxması heç də əyləncəli hal deyil”.
Şərh əlavə et