Xəbəri Kokpitdə Oxuyun!

Markes Araqondakı üstünlüyünü poulla bəzəyib

MotoGP üzrə Araqon Qran Prisinin sıralanma turunda Mark Markes hamıdan sürətli olaraq poul qazanıb.

Kokpit.az bildirir ki, Araqonda hər üç sərbəst yürüşdə də zirvədə olan Mark Markes sıralanma turunun ilk dəqiqələrində ən sürətli dövrə vuraraq, birinciliyə yerləşib. Ancaq boksa qayıdarkən qardaşı Aleks Markes onu 0.022 saniyə qabaqlayaraq liderliyə yüksəlib. Eyni anda Franko Morbidelli ikinci yeri tutub. Bundan sonra Mark yenidən trasa çıxıb və 0.260 saniyə fərqlə yenidən liderliyi bərba edib və trasın dövrəvi rekordunu qırıb.

İlk 4 yerdə Ducati sürən pilotlar yer alıb. Onları KTM sürücüləri Pedro Akosta izləyiblər.

Aprilia komandasının sürücüsü Marko Bezzekki isə sıralanma turunda kabus yaşayıb. O, əvvəlcə üçüncü döngədə yıxılıb. İkinci motosikletində isə texniki problem yaranıb və sadəcə 1 sürətli dövrə vuraraq, 20-ci olub.

Son üç həftəsonunda poul qazanmış Fabio Kuartararo isə birinci sessiyanı keçib, son sessiyaya qalsa da, sonda doqquzuncu yeri tuta bilib. Fabio Canantonio isə ikinci sessiyaya keçsə də, sadəcə 1 dövrə vura bilib və 10-cu yeri tutub.

Bu həftəsonu Honda komandasından Luka Marini və TrackHouse Aprilia-dan Ai Oqura zədələrinə görə çıxış edə bilməyiblər. Onları heç bir sürücü əvəz etməyib.

Yamaha komandasının test pilotu Avqusto Fernandes xüsusi dəvətlə bu mövsüm dördüncü dəfə yarışacaq. Aprilia-da isə Lorenso Savadori zədəli Xorxe Martini əvəz edib.

Rauf Hacıyev

Şərh əlavə et