Kokpit.az xatırladır ki, İspaniya yarışında Fernando Alonso builki ilk xallarını qazansa da, maşının hələ tempinin olmadığını bildirmişdi.
Lakin ispaniyalı sürücü düşünür ki, Aston Martin Kanada yarışından sonra yeniliklər gətirəcək. Bu da Britaniya Qran Prisinə düşür.
Fernando Alonso: “Ümid edirəm ki, Kanada Qran Prisindən sonra yeniliklər gələr”.
İkiqat Dünya Çempionu sonda əlavə edib ki, hazırkı vəziyyətdə Aston Martin düzlüklərdə rəqiblərindən geri qalır və inkişaf mütləqdir.
Komandanın tras işləri üzrə əməliyyat direktoru Mayk Krak isə bunları deyib: “Görək. Yeniliklər hazır olanda gətirəcəyik. Doğrudan da inkişaf etməliyik. Bu sadəcə düzlük sürəti ilə əlaqəli deyil. Döngə çıxışlarında da çox vaxt itiririk. İmola və Barselonada bunu qətiliklə gördük.
Düzlüklərdə peletonun ən zəif maşınlarından biriyik. Buna görə də keçmişdə aldığımız qərarları yenidən dəyərləndirəcəyik. Komanda daxilində bu barədə danışıqlar gedir, çünki hazırda sürücülərimiz ön tərəfə fokuslanmaqdansa, davamlı güzgülərə baxırlar. Bu da yarışlarını çətinləşdirir”.
Şərh əlavə et