Kokpit.az bildirir ki, sessiyanın başlaması ilə sürücülər ardıcıl sürətli dövrələrə başlayıblar. İlk 10 dəqiqədən sonra Mark Markes zirvədə olub. Onu 0.4 saniyə geridə Pedro Akosta izləyib.
Lakin Mark Markes sonrakı dövrələrdə nəticəsini bir az da yaxşılaşdırıb. Franko Morbidelli isə ikinci yerə yüksəlib. Lakin daha sonra Pedro Akosta ikinci yerini bərpa edib.
Sessiyanın bitməsinə 8 dəqiqə qalmış Aleks Markes yeddinci döngədə qəza edib. Bir neçə dəqiqə sonra isə ikinci döngədə Xoan Mir qəza edib.
Bundan sonra liderlər qrupunda dəyişiklik olmayıb və Mark Markes sessiyanı birinci yerdə bağlayıb. Pedro Akosta ikinci, Franko Morbidelli üçüncü, Maverik Vinyales dördüncü, Bred Binder beşinci olub.
Şərh əlavə et