Xəbəri Kokpitdə Oxuyun!

Araqon GP sprint: Markes qardaşları at oynadıb

MotoGP üzrə Araqon Qran Prisinin sprint yarışında Ducati komandasının sürücüsü Mark Markes qalib gəlib.

Kokpit.az bildirir ki, 11 dövrəlik sprint yarışına pouldan başlayan Mark Markes startda yerini qoruya bilməyib və üçüncü yerə qədər geriləyib. Birinci yerə onun qardaşı Aleks Markes, ikinci yerə isə VR46 komandasının sürücüsü Franko Morbidelli yüksəlib.

Birinci dövrə bitmədən Pedro Akosta debutant Fermin Aldequeri keçərək, dördüncü yerə qalxıb. Bir neçə dəqiqədən sonra isə Mark Markes rəqibi Franko Morbidellini keçərək, ikinci yerə yerləşib və qardaşı Aleks Markesin dalınca düşüb.

Cek Miller və Xoan Mir 12-ci döngədə qəza ediblər. Stüardlar qəzanı araşdırdıqdan sonra Cekə uzun dövrə cəzası veriblər.

Beşinci dövrədə isə növbəti dəfə Fermin Aldequer ilə Pedro Akosta arasında dördüncü yer uğrunda mübarizə olub. Bu dəfə Fermin mübarizənin qalibi olub. Yarışın son 3 dövrəsində isə Fermin bu dəfə Morbidellini keçib və podiumun son pilləsinə yüksəlib. Bu anda Avqusto Fernandes texniki problemə görə mübarizəni dayandırıb.

Beləliklə Mark Markes 11 dövrəlik sprint yarışını qazanıb. Onu qardaşı Aleks Markes və Fermin Aldequer izləyiblər.

Morbidelli dördüncü, Akosta beşinci, Fanio di Canantonio altıncı, Maverik Vinuales yeddinci, Marko Bezzekki səkkizinci və Bred Binder doqquzuncu yerləri turaraq, yarışı xalla bitiriblər.

Yarışa dördüncü yerdən başlamış Françesko Banyaya isə finişə 12-ci yerdə çatıb.

Rauf Hacıyev

Şərh əlavə et