Xəbəri Kokpitdə Oxuyun!

”Peking to Paris Motor Challenge” yenidən Azərbaycanda!

Dünyanın ən məşhur retro avtomobil yarışlarından biri olan “Peking to Paris Motor Challenge” ikinci dəfə Azərbaycandan keçir.

Belə ki, *7 iyun tarixində saat 18:00-dan 22:00-dək* Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq.

Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Baku Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.

Sizləri tədbiri işıqlandırmağa dəvət edirik!

Bu unikal avtomobil yürüşünü birgə izləyək və tarixi retro avtomobilləri tanıdaq!

Rauf Hacıyev

Şərh əlavə et