Xəbəri Kokpitdə Oxuyun!

McLaren Londonda tədbir edəcək

McLaren komandası 2-3 iyul tarixində London şəhərində “McLaren Racing Live: London” tədbiri təşkil edəcək. Bununla da komanda ev yarışı olan Silverstoundan əvvəl həm yarışı, həm də innovasiyanı qeyd edəcək.

Kokpit.az bildirir ki, tədbir ödənişsiz olacaq və Formula 1, Formula E, İndyCar, WEC və McLaren-in iştirak etdiyi digər seriyaların da maşınlarının olduğu sərgi ziyarətçilərini qəbul edəcək.

Tədbir çərçivəsində yarış simulyatorları, refleks divarı, pit-stop mübarizəsi, McLaren məhsullarının satılacağı xüsusi mağaza olacaq. Bundan başqa komandanın yarış heyəti və bəzi sürücülər də tədbirə qonaq qismində gələcəklər.

McLaren Racing komandasının Marketinq Direktoru Luis Makİven: “Trafalqar Meydanında McLaren Racing Live: Londonu papaya rənginə boyamaq üçün səbirsizlənirik.

Never Stop Racing yanaşmamız tras kənarındakı heyranlarımızı da komandaya yaxınlaşdırmağı həfəfləyir və bunu möhtəşəm ortaqlarımızın dəstəyi ilə edirik.

Bu, unudulmaz təcrübə olacaq və ev yarışımız olan Silverstoundan əvvəl hamı ilə birlikdə bunu qeyd etmək istəyirik”.

Qeyd edək ki, Trafalqar Meydanı daha əvvəl də – 2017-ci ildə – F1 Live London tədbirini qəbul etmişdi. O tədbirdə bütün Formula 1 komandaları və sürücüləri iştirak etmiş, təkcə Lyuis Həmilton tətildə olduğu üçün bu tədbirdə iştirak etməmişdi.

Ovaxtkı tədbirdə Formula 1 maşınları London küçələrində şou göstərmiş, drift etmişdilər. Tədbirə məşhur müğənnilər də qatılmışdılar.

Rauf Hacıyev

Şərh əlavə et