Kokpit.az bildirir ki, son 3 yarışda poul qazanmış Fabio Kuartararo isə bu dəfə kabus kimi sessiya keçirib. Fransalı sürücü sabahkı sıralanma turuna birinci sessiyadan başlamalı olacaq.
Birinci sessiyada qardaşı Aleks Markesi 0.970 saniyə qabaqlamış Mark Markes isə qüsursuz həftəsonuna davam edib. Çempionatın lideri ikinci sessiyada atdığı yeddinci dövrədən sonra birinci yerə yüksəlib.
Mark Markes də daxil olmaqla əksər sürücülər Medium ön və arxa təkərlərlə işləyib. Sadəcə Honda komandasının sürücüləri Hard ön təkərlərlə işləyiblər. KTM komandasının sürücüləri isə sprint yarışı üçün potensial seçim olan yenilənmiş Soft arxa təkərlərlə yarış tempində işləyiblər.
Mark Markes 14 dövrəlik işlənmiş təkərlərlə belə nəticəsini yaxşılaşdırıb və Pedro Akosta ilə Maverik Vinyalesi qabaqlayıb. Daha sonra isə Yeni Soft təkərlərlə trasa çıxıb və fərqi 1.141 saniyə fərqə qaldırıb. İkinci yer uğrunda mübarizədə isə Bred Binder, Pedro Akosta və Aleks Markes tez-tez yer dəyişiblər. Lakin sonda gülən tərəf Gresini komandasından Aleks Markes olub.
Honda komandasının sürücüləri Xoan Mir və Yohan Zarko isə güclü performans göstərərək, son anda altılığa düşə bilib. KTM isə üç sürücünü sıralanma turunda birbaşa ikinci sessiyaya çıxara bilib.
Mark Markesin komanda yoldaşı Françesko Banyaya isə onluğa düşməyə çətinlik çəksə də, sonda doqquzuncu yeri tuta bilib. Silverstoun yarışının qalibi Marko Bezzekki isə son anda Fermin Aldequerin sürətli dövrəsinə görə 11-ci yerə geriləyib.
Silverstoundakl yarışda yüksəkslik sazlanması sistemində problem yaşayaraq mübarizəni dayandırmış Fabio Kuartararo isə gün ərzində məyusluq yaşayıb. O, sessiya ərzində əsəbi görünüb. Sonda isə 18-ci yeri tutub.
Şərh əlavə et