Kokpit.az xatırladır ki, İspaniya yarışından əvvəl Aston Martin komandası Ləns Strollun sağ əlində və biləyində ağrıların olduğunu və buna görə yarışda iştirak etməyəcəyini açıqlamışdı. Ancaq bəzi iddilara görə kanadalı sürücü sıralanma turundan sonra boksda bəzi avadanlıqlara zərər verib və bəzi mexanikləri təhqir edib.
Lakin Aston Martin komandası bazar günü açıqlama vermişdi ki, Strollun hirsinin zədəsi ilə heç bir əlaqəsi yoxdur. Komanda bundan əlavə bildirmişdi ki, Stroll nəticəyə görə çox məyusdur.
Aston Martin komandasının mexaniklərindən biri olar Herri Raş bu barədə belə danışıb: “Komanda üzvlərini təhqir edib? Qətiliklə doğru deyil!”
Xatırladaq ki, Ləns Stroll 2023-cü ilin əvvəllərində velosiped qəzası keçirərək, əlini qırmışdı. İndiki ağrıların da səbəbinin bu zədə olduğu düşünülür.
Komandanın tras əməliyyatları üzrə direktoru Mayk Krak bu barədə belə açıqlama verib: “2023-cü ildə Lənsin keçirdiyi velosiped qəzasını hamı xatırlayar. O vaxt ciddi ağrısı var idi və əməliyyat keçirmişdi.
Son həftələrdə tez-tez ağrılardan danışırdı. Ancaq vəziyyəti pisləşdi. Mübarizəçi adam olduğu üçün yaşadığı ağrını həm bizə, həm də həkimlərə bəlli etməyib. Yarışdan əvvəl isə lap pis həddə çatdı. O dəqiqə hərtərəfli yoxlanışdan keçdi və yarışmamasına qərar verdik.
2023-cü ildə onun nə qədər dözümlü olduğunu görmüşdük. İndi də o vaxtkı kimi yarışmaq üçün əlindən gələni etdi.
İnsanların onun sədaqətini ittiham etməsinə həmişə gülürəm. Yarışmağı çox sevir və sıralanma turundan sonra ağrıyaraq gəlib, özümü yoxlatdırmalıyam deməsi belə sürücülərin necə çətinliklə mübarizə aparmasını göstərir”.
Qeyd edək ki, Ləns Stroll bu il Aston Martin-in topladığı 16 xaldan 14-ü aktivinə yazdırıb. O, Avstraliyada 6-cı, Çində 8-ci, Mayamidəki sprint yarışında 7-ci olub.
Şərh əlavə et