Xəbəri Kokpitdə Oxuyun!

Araqona Markes qardaşları güclü başlayıblar

MotoGP üzrə Araqon Qran Prisinin birinci sərbəst yürüşlərində Mark Markes lider olub.

Kokpit.az bildirir ki, birinci sürətli dövrə Maverik Vinyalesdən gəlib. 15 dəqiqədən sonra Mark Markes liderliyi ələ alıb və sessiyanı zirvədə bitirib.

Honda komandasının sürücüsü trasdan çıxsa da, geri qayıda bilib. Bir neçə dəqiqədən sonra isə birinci yerə yüksəlib. Ancaq Marko Bezzekki yeni təkərlərlə üçüncü yeri Xoan Mirdən alıb. Françesko Banyaya isə son iki döngədə qəza etməyə yaxın olsa da, yoluna davam edə bilib.

Aleks Rins dördüncü, Maverik Vinyales beşinci, Pedro Akosta altıncı, Xoan Mir yeddinci, Fermin Aldequer səkkizinci olublar. Onluğu isə Franko Morbidelli ilə Françesko Banyaya bağlayıb.

Rauf Hacıyev

Şərh əlavə et