Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls Neural Concept ilə anlaşıb

Racing Bulls komandası maşını təkmilləşdirmə prosesində süni intellektdən faydalanmaq üçün İsveçrə şirkəti Neural Concept ilə anlaşıb.

Kokpit.az bildirir ki, italyan komandası bu tərəfdaşlıq çərçivəsində Neural Concept-in mühəndislik süni intellekt platformasını aerodinamik təkmilləşdirmə proresi ilə birləşdirəcək. Bununla da maşının yığılması sürətlənəcək və performans yaxşılaşacaq.

Süni intellekt dəstəkli bu sistemin hesabına komanda daha sürətli formada dizayn variantları düzəldə biləcək və mühəndislik qərarları daha şüurlu formada alına bilinəcək. Neural Concept-in platforması CFD təhlilləri ilə birləşdirilərək daha əlverişli performans göstərir. Bununla da həm aerodinamik borudakı testlərin, həm də CFD təhlillərinin xərcləri və müddəti azalır.

Racing Bulls komandasının rəhbəri Loren Mekis bu barədə belə danışıb: “Formula 1-də hər millisaniyə vacibdir. Dizayn mərhələsindəki yeniliklər sizi ya zirvəyə daşıyar ya da geriyə aparar. Neural Concept-in yüksək səviyyəli mühəndislik süni intellektini prosesimizə daxil edərək, həssaslığımızı artırırıq.

Bunun hesabına daha çox dizayn variantı təhlil edəcəyik və ən vacib anda mübarizədə üstünlüyü əldə edəcəyik”.

Beləliklə Racing Bull komandası da Neural Concept ilə işləməyə başlayaraq, bu sahədə texnoloji dönüş yaşayan son komanda oldu. Daha əvvəl Williams komandası da eyni platformadan aerodinamik fayda qazanmaq üçün istifadə etdiyini açıqlamışdı. İddialara əsasən Formula 1 komandalarının 40 faizi bu proqramlaşdırmadan fərqli formada istifadə edirlər.

Neural Concept-in qurucularından biri olan və idarə heyətinin rəhbəri Pyer Bak yeni tərəfdaşlıqları barədə bunları deyib: “Formula 1 mühəndislik zəkasının son həddi olan yüksək səviyyəli test sahəsidir. Burada əldə edilən hər kiçik qazanc çox dəyərlidir.

Məqsədimiz buranı dərinliklə öyrənərək, mühəndisliyi yenidən formalaşdırmaq və insan mütəxxəssisliyi ilə süni intellektin təhlik gücü arasında yeni tərəfdaşlıq yaratmaqdır.

Bu tərəfdaşlıq hesabına həftələrlə davam ediləcək işlər bir neçə günə tamamlanacaq. Bununla da komandalar daha sürətli işləyəcəklər və daha çox seçimi dəyərləndirəcəklər. Bu çətin ortamda bu sistem komandaların önə keçməsini təmin edir”.

Rauf Hacıyev

Şərh əlavə et