Kokpit.az xatırladır ki, niderlandlı sürücü İspaniya yarışının sonunda əyləcə gec basaraq Corc Rassellə təmas yaşamışdı. Stüardlar buna görə ona 10 saniyə vaxt cəzası, lisenziyasına isə 3 cərimə balı yazmışdılar.
Maks Ferstappen həftənin birinci günü sosial şəbəkə üzərindən “bu hal olmamalı idi” yazsa da, birbaşa üzr istəməmişdi.
Lakin Kristian Horner bildirib ki, Maks Ferstappen yarışdan sonra keçirilən brifinqdə səhvini qəbul edib və üzr istəyib: “İspaniya üçyarışlıq seriyanın son mərhələsi idi və Barselonadan zəif nəticə ilə ayrıldığımız üçün məyusuq. Komanda olaraq üç pit-stop strategiyası ilə mübarizədə qalmağa çalışdıq və bu doğru qərar idi. Bunun hesabına Landoya bu qədər yaxınlaşdıq. Ancaq təhlükəsizlik maşını strategiyamıza görə ən pis vaxtda trasa girdi. Ya köhnə təkərlərlə trasda qalmalı idik ya da pitə girib yeganə təzə təkərimiz olan Hard təkəri götürəcəkdik. Doğrudan da yarış yaxşı gedirdi və rahatlıqla podium qazana bilərdik. Lakin yaşanan hadisələrə görə məyus olduq. Maks Rassellə yaşadığı insidentə görə üzr istədi.
Təhlükəsizlik maşını Yukinin də yarışına təsir etdi. Ondan əvvək xal qazanmağa daha yaxın idi. Ancaq yarışlar belədir. Çətin həftəsonu idi. Növbəti həftələrdə maşının sazlanması üçün işlər görəcəyik. Monreala güclü formada qayıtmaq istəyirik”.
Şərh əlavə et