Kokpit.az xatırladır ki, Ferrari Monakoda yaxşı çıxış etsə də, Barselonada eyni performansı göstərə bilmədi. İspaniya Qran Prisindən etibarən qanadların elastikliyi məhdudlaşdırıldı.
Ferrari bu reqlamentə görə uzun müddətdir üzərində işlədiyi yeni ön qanadı İspaniyada istifadə etməyə başlayıb.
Lakin Ferrari SF-25 sazlanma aralığı dar olduğu üçün tez-tez sazlanma problemi yaşayıb. Monako kimi yüksək asfaltayatma qüvvəsi tələb edən və sürətli döngəsi olmayan traslarda bu problemlər azalsa da, Barselona kimi ənənəvi traslarda bu hal daha çox üzə çıxır.
Bu problemlərə görə Ferrari-nin yeni ön qanadı təkcə quruluş olaraq yox, həm də aerodinamik cəhətdən də yenilənib. Bu dəyişiklik hesabına həm FİA-nın yeni reqlamentinə uyğunlaşmağa çalışılıb, həm də büdcə limitini aşmadan performansın artırılması hədəflənib. Ancaq Şarl Lekler bildirib ki, yeni ön qanaddan sonra maşının balansı sürətli döngələrdə çox pis olub.
Ferrari ön qanadda böyük dəyişiklik edib. İndi isə əsas maşının arxa tərəfidir. Mövsümün gedişatında komanda yeni arxa asılqan sistemi daxil olmaqla böyük yenilik paketi gətirəcək.
Şərh əlavə et