Xəbəri Kokpitdə Oxuyun!

Cadillac Tommy Hilfiger ilə anlaşıb

Cadillac komandası 2026-cı ildə Formula 1-ə girməyə çox yaxşı hazırlaşır. Onlar bu gün Tommy Hilfiger-lə çoxillik müqavilə bağlayıblar.

Beləliklə, Tommy Hilfiger uzun illərdən sonra Formula 1-ə qayıdacaq. Amerikan geyim markası bu barədə belə açıqlama verib: “İki əfsanə, bir məqsəd! Amerikada avtoidmanın cəsarətli yeni dövrü. Formula 1 hekayəmizi TWG Motorsport və Cadillac-la birlikdə davam etdirdiyimiz üçün qürurluyuq. Formula 1-in mirasını şərəfləndirəcəyik. Eyni zamanda onu inkişaf etdirmək məqsədimiz var.

Haradan gəldiyimizi qeyd edərkən, hara gedəcəyimizi yenidən xəyal edirik. İdmanın dünya səviyyəsindəki təsiri sürətlə böyüyən zaman böyük xəyal qurmaq və bir Amerika komandasının peletonda necə çıxış etdiyini dünyaya göstərmək üçün bundan yaxşı vaxt ola bilməz”.

Cadillac komandasının rəhbəri Qrim Loudon isə yeni tərəfdaşlıq barədə bunları deyib: “Tommy Hilfiger də həmçinin amerikan brendidir. Brendin Formula 1-də ki keçmişi heyrətamizdir. Onlar paddoka cəsarətli vizyon gətirirlər. Bu tərəfdaşlıq bizim gördüyümüz işi tamamilə əks etdirir. Biz birlikdə sadəcə yarışmırıq. Eyni zamanda həm əyləncə, həm də mühəndisliyin gələcəyini formalaşdırırıq”.

Bu tərəfdaşlığa görə sürücülər, pit komandası, paddok işçiləri və komanda idarəçiləri Tommy Hilfiger-in məhsullarını geyinəcəklər. Bundan başqa 2026-cı ilin mart ayınfan etibarən azarkeşlər üçün də kolleksiya satışa çıxarılacaq. Tommy Hilfiger-in loqotipləri maşının üzərində, yarış kombinezonlarında və dəbilqələrdə olacaq.

Tommy Hilfiger 1990-cı illərin əvvəllindən müxtəlif komandalara sponsor olub. Onlar son dəfə – 2018-2024-cü illərdə – Mercedes komandasının rəsmi geyim sponsoru olublar. Tommy Hilfiger bu müddət ərzində Lyuis Həmiltonla tərəfdaş olaraq xüsusi kolleksiyalar hazırlayıb və dəb həftələrində ön sıralarda olub. Mercedes komandası 2025-ci ildən etibarən Adidas-la anlaşıb.

Tommy Hilfiger brendi trasdan kənarda da Formula 1-in mədəni təsirini böyütmək üçün işləyib. Onlar F1 Academy-də bir maşına sponsor olublar. Bundan başqa F1 fimi üçün xüsusi kolleksiya hazırlayır. İndi isə onlar Cadillac ilə işləməyə hazırlanırlar.

Brendin qlobal rəhbəri Lea Rits bu barədə bunları deyib: “Əyləncə və idman markamızın genlərindədir. Bu əfsanəvi tərəfdaşlıq limitləri aşma mirasımızı, trasa tərz gətirmə məqsədimizi və Formula 1 gələcəyimizə yön verir”.

Cadillac F1-in rəhbəri Den Tauris: “Bu tərəfdaşlıq performansla dəbin birləşməsini təmsil edir. Qlobal Formula 1 səhnəsində Amerikan hirsini əks etdirən bir komanda qururuq. Bu tərəfdaşlıq gələcəyin çalarını təyin edir”.

Rauf Hacıyev

Şərh əlavə et