Kokpit.az xatırladır ki, britaniyalı sürücü İspaniya yarışında da fanatları məyus edib. O, yarışa beşinci yerdən başlasa da, finişə altıncı yerdə çatıb. Kimi Antonellinin mübarizəni dayandırmasını və Maks Ferstappenin 10 saniyə cəza alaraq geriyə düşdüyünü nəzərə alsaq, bu heç də yaxşı nəticə sayıla bilməz.
Üstəlik yarışın son dövrələrində Sauber komandasının sürücüsü Niko Hülkenberq də Lyuis Həmiltona hücum edərək onu keçib və bu hal tiffozilər tərəfindən heç yaxşı qarşılanmayıb. Yarışdan sonra Həmilton da yarışdan sonra narazılığını gizlətməyib.
Lakin yarışdan sonra açıqlama verən Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, bir az təmkinli olmaq lazımdır: “Biz bu işdə yetəri qədər təcrübəliyik. Yarış bitəndən sonra sürücünün ağzından çıxan ilk cümləyə görə qərar vermək olmaz. Əgər panika yaratmaq istəyirsinizsə, əlbəttə, bunu edə bilərsiniz. Ancaq bu hal panika üçün əlverişli deyil”.
Frederik Vassyör bildirib ki, Lyuis Həmilton yarışın 70 faizində sabiq komanda yoldaşı Corc Rassellin önündə olub: “Lyuis yarışın 70 faizini Corc Rassellin önündə olub. Ancaq Corc bu yarışı bir faciə kimi görmürdü. Yarışın sonlarında təhlükəsizlik maşını çıxmamışdan əvvəl bir problem yaşadıq və nəticə istədiyimiz kimi olmadı. Ancaq unutmamlıyıq ki, biz 45 dövrə ərzində Corcun önündə idik”.
Sonda fransalı rəhbər Lyuis Həmiltonun problemi barədə heç nə deməyib: “Bu barədə heç bir şey deyə bilmərəm”.
Şərh əlavə et