Kokpit.az xatırladır ki, Ləns Stroll 2023-cü ildə yaşadığı velosiped qəzasına görə sağ əli və biləyi qırılmışdı. Kanadalı sürücünün bu zədələrdən qalan ağrıları İspaniya yarışından əvvəl yenidən üzə çıxıb və o, yarışı buraxmalı olub.
Ləns Stroll İspaniyada sıralanma turunda iştirak etdiyi üçün onu yarışda başqa sürücü əvəz edə bilməmişdi.
Kanadalı pilot əməliyyat olunacaq və bundan sonda onun nə vaxt geri qayıdacağı hələ məlum deyil. Onun 13-15 iyunda keçiriləcək Kanada Qran Prisinə çatacağı qeyri-müəyyənliyini qoruyur.
Komandanın ehtiyat sürücüsü Felipe Druqoviç 13-15 iyunda Cek Aytken və Frederik Vesti ilə Cadillac adına 24 saatlıq Le Man Marafonunda yarışması gözlənilir.
Lakin 2022-ci ilin Formula 2 üzrə Dünya Çempionu Felipe Druqoviç bildirib ki, lazım olda, Aston Martin-lə Formula 1-də yarışmaq üçün Le Man 24 saat marafonundan imtina edər: “Hazırda bundan sonra üçün nələrin baş verəcəyini tam olaraq mən də bilmirəm. Hər şeydən əvvəl Lənsə ən yaxşı arzularımı yollayıram.
Le Mana gəldikdə isə mənim üçün həmişə Formula 1 daha vacib olub. Buna görə də necə lazımdırsa, elə də hərəkət edəcəyəm”.
Şərh əlavə et