Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Bazar günü qüsursuz idi

Sauber komandasının sürücüsü Niko Hülkenberq İspaniya yarışında beşinci olduqdan sonra sevincini gizlətməyib.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü Barselonadakı sıralanma turunda 16-cı yeri tutsa da, yarışda yaxşı start alaraq, 10-cu yerə yüksəlib. O, yarış ərzində də yaxşı performans göstərərək, damalı bayrağı beşinci yerdə keçib.

O, təhlükəsizlik maşınında sonra Ferrari komandasının sürücüsü Lyuis Həmiltonu keçib və 6-cı yerə yüksəlib. Maks Ferstappenin 10 saniyə cəza alması ilə 5-ci yerə yüksəlib.

Niko Hülkenberq rəqibi Lyuis Həmiltona etdiyi hücumu gülməli və ironiyalı adlandırıb: “Şənbə günü bizim üçün çox yaxşı keçmədi. Doğrudan da çox pis idi və çox məyus oldum. Əsəbiləşdim, özümə əsəbiləşdim, çünki həftəsonu ərzində ən güclü olduğum son sektorda səhv etdim. Doğrudan da çox pis oldu və yarışda içimdəki hirslə çox yaxşı iş gördüm”.

Almaniyalı pilot həftəsonu ərzində maşınına olan inamdan danışıb. O bildirib ki, Sauber-in Barselonaya gətirdikləri yeniliklərin çox təsiri olub: “Əslində həftəsonu ərzində özümü çox yaxşı hiss etdim. Yenilənmiş paketə görə maşına daha çox inamınız artır. Artıq maşını sürmək daha asandır. Arxa ox daha stabildir.

Yarışın ilk dövrəsi bir az hərəkətli idi. Uğurun təməlini orada atdıq. Pis keçən sıralanma turunu orada kompensə etdik”.

FİA Barselona yarışından etibarən ön qanadların elastiliyinə məhdudiyyətlər gətirib. Niko Hülkenberq düşünür ki, yeni qaydalar bəzi komandalara təsir edib: “Ön qanadən elastikliyi ilə bağlı yeni texniki reqlament bəzi komandalara – xüsusən də Williams-a təsir edib. Bizim üçün elə bir dəyişiklik yoxdur. Buna görə də bir az qabağa getdik”.

Təcrübəli pilot bildirib ki, təhlükəsizlik maşını trasdan çıxdıqdan sonra baş verən hadisələrə görə beşinci yeri tutub: “Təhlükəsizlik maşını olmasa, beşinci yer mümkünsüz idi. Normal yarışda səkkizinci ya da doqquzuncu yeri tuta bilərdik. Bu nəticə də bizim üçün çox yaxşı idi”.

Niko Hülkenberq sonda Lyuis Həmiltonu keçərək beşinci yerə yüksəlməsi ilə bağlı bunları deyib: “Bu bəzən çox gülməli və ironiyalı olur. Sıralanma turundan sonra narazı idim. Heç nə bacara bilmədim. Ancaq yarışda ikinci sessiyaya keçə bilmədiyim üçün əlimdə qalan bütün yeni təkərlər qızıl bilet kimi idi. Onlardan düzgün istifadə etdik və yarışda geridönüş etmək doğrudan da çox əla oldu”.

Rauf Hacıyev

Şərh əlavə et