Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Sıralanmanı fəda etdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarışa görə sıralanma turunu fəda edib.

Kokpit.az xatırladır ki, monakolu sürücü İspaniyadakı sıralanma turunda yeddinci olub. O, Soft təkəri qalmadığç üçün son sessiyada ikinci cəhdinə çıxmayıb.

Şarl Lekler: “Əlimdə heç yeni təkərim qalmamışdı. Sıralanma turu üçün dörd dəst Soft təkərim var idi. Rəqiblərim isə beş dəst təkərlə gəlmişdilər.

Mən sadəcə üç dəst Soft təkərdən istifadə etmək istədim. Bu da işimizi çətinləşdirdi. Komanda fərqli strategiya təklif etdi və mən də məsuliyyəti üzərimə götürərək, seçim etdim. Seçimimdən razıyam”.

Şarl Leklerin yarış üçün iki dəst Medium təkəri olacaq. Monakolu pilot bildirib ki, o, yarışa görə sıralanma turunu fəda edib: “Bəli, sıralanma turunu fəda etdim. Ümid edirəm ki, yarışda işə yarayar. Yaramasa, bu mənim səhvimdir.

Yarışda əsas hədəfim podiuma yüksəlməkdir. Yarış tempimizin güclü olduğunu düşünürəm. Bu edəcəyimiz ötmələrin sayından asılı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et