Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Əyləncəli yarış idi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Oskar Piastri İspaniya yarışında çox sürətli olub və onun tempinə çata bilməyib. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Barselona yarışına ikinci yerdən başlasa da, startda Maks Ferstappen onu geridə qoyub və üçüncü pilləyə geriləyib. Lakin Lando bir neçə dövrədən sonra niderlandlı pilota hücum edərək, yerini qaytarıb. Buna baxmayaraq, yarışın sonuna qədər Oskar Piastriyə çata bilməyib və ikinciliklə razılaşıb. 

Lando Norris İspaniya yarışından sonra komanda yoldaşı Piastriyə təriflət yağdırıb: “Bu gün Oskar doğrudan da çox yaxşı iş gördü. Onun tempinə heç cür çata bilmədim, amma əlimizdən gələnin ən yaxşısını etdik”.

Sonda Lando Norris bildirib ki, o yarışdan çox həzz alıb: “Yarış çox əyləncəli idi. Əlbəttə, yarışda komanda olaraq ilk iki yeri almaq hər şeyi daha da gözəlləşdirdi”.

Rauf Hacıyev

Şərh əlavə et