Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Beşincilik yaxşı nəticədir

Ferrari komandasının sürücüsü Lyuis Həmilton İspaniyadakı sıralanma turundan sonra razı qalıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İspaniya Qran Prisinə yaxşı başlamasa da, sıralanma turunda beşinci yeri tuta bilib.

Lyuis Həmilton: “Cümə günü əyləncəli başlamışdı, amma ikinci sərbəst yürüşlərdə altlıqla bağlı problem yaşadıq və asfaltlayatma qüvvəsi itirdik. Bu da balansın pozulmasına səbəb oldu.

Lakin sıralanma turunda bu problemi həll etdik və bolidi sürmək daha rahat və əyləncəli idi. Son sessiyaya qalmaq və beşlikdə olmaq çox böyük inkişafdır. Bundan çox razıyam”.

Lyuis Həmilton yarış və strategiyalar barədə də danışıb: “Cümə günündən sonra bəzi məlumatları əldə etdim. Bütün sürücülər bir-birlərinə yaxındırlar. Altıncı yerlə onuncu yer arasında yarım saniyə fərq var.

Əksər sürücüdə Soft və Medium təkər var. Şarl və bəzi sürücülərdə isə iki dəst Medium təkər var. Hansı təkərin və hansı strategiyanın daha yaxşı olacağını görəcəyik. Yaxşı start almaq çox vacib olacaq. Hədəfim podiumdur. Uzun müddətdir ki, podiuma çıxmıram. Son podiumun nə vaxt olduğunu mən də unutdum”.

Rauf Hacıyev

Şərh əlavə et