Kokpit.az xatırladır ki, britaniyalı sürücü İspaniyadakı sıralanma turunda dördüncü olub.
Corc Rassell: “Şənbə günləri bolidimizin sürətli olduğunu bilirik. İndi bunu bazar gününə daşımaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
İndiyə qədər gördüklərimizi düşünsək, yarış Bəhreyndəki kimi ola bilər. McLarenin çox üstün olduğunu hamımız gördük”.
Mercedes komandasının sürücüsü keçən il də İspaniya yarışına dördüncü yerdən başlamış və yaxşı startla birinci yerə yüksəlmişdi.
Corc Rassell: “Fərqli strategiyalar görəcəyik. Bütün təkər tərkiblərinin performansları bir-birlərinə yaxındırlar.
Məsələn, Soft təkərlə Hard təkər arasında pit-stop zamanı sadəcə beş dövrədir. Bu hal İmoladakı kimi deyil. Orada Soft təkər 8 dövrə, Hard təkər 30 dövrə dözə bilirdi.
Əgər podium uğrunda mübarizə aparsam, doğrudan da xoşbəxt olaram”.
Şərh əlavə et