Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Hər şey yaxşıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, cümə günü maşının performansı onu təəccübləndirib.

Kokpit.az xatırladır ki, monakolu sürücü İspananiyadakı birinci sərbəst yürüşlərdə dördüncü, ikinci sərbəst yürüşlərdə isə beşinci yeri tutub.

Şarl Lekler: “Pis deyildi. Hava çox istidir və bu trasdaki işimizi bir az da çətinləşdirir. Asfaltla ilişmə istədiyimiz kimi deyil, amma vəziyyətimiz elə də pis deyildi. Sözün açığı, bura gələrkən düşündüyümüzdən daha yaxşı gün keçirdik və bu yaxşı haldır. Maşında daha çox performansın olduğunu bilirik və ümid edirəm ki, sıralanma turunda bunu üzə çıxara bilərik.

Hələ görüləcək işlər var, ancaq çox uzaqda deyilik. Bəzi sahələrə köklənəcəyik və nələr olacağını görəcəyik”.

Bu həftəsonundan etibarən ön qanadların elastikliyi məhdudlaşdırılır. Şarl Lekler yeni tenxiki reqlament barədə bunları deyib: “Buna çox tez uyğunlaşdıq. Hələlik bir fərqi yoxdur. Görüləcək çox iş var, ancaq dediyim kimi birinci yerdən çox uzaqda deyilik. Buna görə də əlimizdən gələni edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et