Kokpit.az xatırladrı ki, avstraliyalı sürücü cümə sərbəst yürülərində hamıdan sürətli olmuşdu. O, bu üstünlüyünü şənbə günü də davam etdirib və sıralanma turunda poul qazanıb. Oskar komanda yoldaşı Lando Norrisi 0.2 saniyə qabaqlayıb.
Oskar Piastri: “Çox xoşbəxtəm. İndiyə qədər yaxşı həftəsonu keçirdik.
Həftəsonuna həqiqətən də ən yaxşı şəkildə başlamadıq. Bir az çətinlik çəkdiyimiz aydın görünürdü, amma dünən gecə işləyərək bir az sürət tapdıq və avtomobil bu gün inanılmaz idi. Əlbəttə, mən də yaxşı dövrələr vura bildim. Bir il əvvəl bura bizim üçün olduqca əsəbpozucu tras idi. Buna görə də belə formada geri qayıtmaq əla nəticədir”.
Şərh əlavə et