Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çox çətin olacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onlar sıralanma turunda əllərindən gələnin ən yaxşısını ediblər. 

Kokpit.az xatırladır ki, Red Bull komandası Monako yarışında çətinlik çəkmiş və sıralanma turunda Maks Ferstappenlə beşinci yeri tutmuşdu. buna görə də əksəriyyət düşünürdü ki, Red Bull sürətli döngələrdən bol Kataloniya trasında daha güclü olacaq. 

Bundan başqa FİA İspaniya Qran Prisindən etibarən ön qanadların elastikliyinə məhdudiyyətlər gətirib. Bu halın McLaren komandasına problem yaradacağı gözlənilirdi. Lakin bu reallaşmadı və  McLaren İspaniyada bütün həftəsonu ərzində dominantlıq edərək, poul qazandılar. Red Bull komandası isə Maks Ferstappenlə üçüncü yeri tuta bildi.

Maks Ferstappen sıralanma turunda sonra bunları deyib: “Bütün həftəsonu ərzində McLaren-dən geridə qaldıq. Buna görə də əldə edə biləcəyimiz ən yaxşı nəticə üçüncü yer idi. Onsuz da bu trasda əsas olan boliddən maksimum potensialı çıxarmaqdır.

Sabahkı yarışda əlimdən gələni edəcəyəm, amma onları məğlub etmək çox çətin olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et