Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Xırda səhvlər etdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, səhv etsə də, İspaniyadakı sıralanma turunda aldığı nəticədən razıdır. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Barselonadakı sıralanma turunun son sessiyasında səhv edərək, ikinci olub. O, komanda yoldaşı Oskar Piastriyə 0.2 saniyə uduzub. 

Lando Norris sessiyadan sonra komanda yoldaşına təriflər yağdırıb və özünün bəzi səhvlər etdiyini bildirib: “Oskar bu gün doğrudan da çox  yaxşı sürdü.

Mənə gəldikdə isə maşın qətiliklə sürətli idi, amma mən bir neçə yerdə xırda səhvlər etdim. Yenə də sevincliyəm. Komanda üçün gözəl nəticə əldə etdik”.

Britaniyalı pilot sabahkı yarışdan gözləntilərini də deyib. O bildirib ki, yarışın startı çox maraqlı olacaq: “Sabah yarışın startı maraqlı olacaq, çünki döngəyə qədər uzun bir düzlük var. Burada start əksər hallarda maraqlı olur. Bundan başqa arxamızda sürətli pilotlar var. Onları da unutmaq olmaz”.

Rauf Hacıyev

Şərh əlavə et