Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: İşlər pis gedir

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, işlər onlar üçün yaxşı getmir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İspaniyada çox qeyri-stabil cümə günü keçirib. Belə ki, yeddiqat Dünya Çempionu birinci sərbəst yürüşlərdə 3-cü, ikinci sərbəst yürüşlərdə isə 11-ci yeri tutub. O, günün son sessiyasında lider Piastridən 0.8 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Bu tras gözəldir, amma yaxşı bir gün keçirmədik. Sözün açığı hazırda özümə motivasiya verə bilmirəm. Sadəcə başımızı aşağı əyib, təslim olmadan işləməyə davam etməliyik. Cümə günü gələndə yaxşı performansa ümid edirik, ancaq işlər qaydasında getmir.

Monakoda yaxşı həftəsonu keçirdikdən sonra burada da maşının yaxşı olacağını düşünmüşdüm, amma elə olmadı. Birinci sərbəst yürüşlər elə də pis deyildi. Lakin ikinci sərbəst yürüşlər çox pis idi. Bu da təbii olaraq hamının əsəblərini pozur.

Yaşadığımız bir problem var idi. Buna görə də asfaltayatma qüvvəsi itirdik. Ümid edirəm ki, sıralanma turuna qədər düzəldərik və daha yaxşı nəticə əldə edərik”.

Rauf Hacıyev

Şərh əlavə et