Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen: Ciddi fərq olmadı

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, elastik qanadların məhdudlaşdırılması performansa çox təsir etməyib.

Kokpit.az xatırladır ki, İspaniya Qran Prisindən etibarən ön qanadlarla bağlı yeni reqlament başlayır. Artıq ön qanadlar elastiklik testlərindən daha sıx keçməlidir.

Bu reqlamentdən sonra McLaren komandasının zəifləməsi gözlənilirdi, amma “narıncılar” İspaniyada cümə sərbəst yürüşlərində sözün əsl mənasında at oynadıblar. Belə ki, Lando Norris birinci, Oskar Piastri ikinci sərbəst yürüşləri zirvədə bağlayıb.

Maks Ferstappen: “Sıralanmaya baxsanız, çox böyük fərq kimi görünür. Onsuz da mən elə də böyük təsirinin olacağını gözləmirdim.

Bu trasda həmişə sürməkdən həzz almışam. Cümə günü hava çox isti idi. Xüsusən də təkərlər üçün çox çətin idi, ancaq ümumilikdə yaxşı cümə günü idi.

Bundan pis cümə günlərimiz olub. Ancaq bu dəfə maşında bir az xoşbəxt idim, amma hələ də istədiyimiz yerdə deyilik. Yenə də əvvəlki həftələrə nisbətən daha yaxşı vəziyyətdəyik. İstəyirəm ki, maşın mənə yaxşı hiss versin. Amma daha pis cümə günləri də keçirmişik”.

Rauf Hacıyev

Şərh əlavə et