Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Enişli-yoxuşlu gün idi

McLaren komandasının sürücüsü Oskar Piastri İspaniyadakı cümə günündən zonra xoş əhvaldadır.

Kokpit.az xatırladır ki, McLaren İspaniyada hər iki cümə sərbəst yürüşlərində də zirvədə olub. Lando Norris birinci sərbəst yürüşlərdə, Oskar Piastri isə ikinci sərbəst yürüşlərdə hamıdan sürətli olublar.

Birinci sərbəst yürüşlərdə beşinci olan Oskar Piastri bildirib ki, komanda olaraq maşını sürətləndirməyə çalışıblar: “Enişli-yoxuşlu bir gün oldu. Amma günün sonunda işlər yaxşıya doğru getdi.

Ancaq rəqiblərimiz sürətli görünür. Məncə, Ferstappen günboyu sürətli idi, Ferrari də sürətli idi və günün sonunda Mercedes də ortaya çıxdı.

Belə görünür ki, sabah gərgin mübarizə olacaq. Ancaq hələ də üzərində işləməli olduğumuz bəzi şeylər var. Biz artıq Red Bull-un sürətli olacağını gözləyirdik, ona görə də bu, böyük sürpriz deyil.

Ancaq bəli, biz sadəcə maşını bir az daha sürətli etməyə çalışırıq, başqa heç nə ola bilməz. Bu gün bəzi şeyləri sınadıq, bəziləri yaxşı işlədi, bəziləri isə o qədər də yaxşı olmadı. Hələ də öyrənirik, ona görə də yaxşı gün olduğunu düşünürəm.”

Rauf Hacıyev

Şərh əlavə et