Xəbəri Kokpitdə Oxuyun!

Norris: Yarışlara yaxşı sazlanma ilə gəlirik

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, İspaniya Qran Prisinin sərbəst yürüşlərində fərqli sazlanmaları sınayıblar.

Kokpit.az xatırladır ki, McLaren İspaniyada hər iki cümə sərbəst yürüşlərində də zirvədə olub. Lando Norris birinci sərbəst yürüşlərdə, Oskar Piastri isə ikinci sərbəst yürüşlərdə hamıdan sürətli olublar.

McLaren komandası Barselonada sürətli başlamaqla göstərib ki, FİA-nın ön qanadlarla bağlı yeni texniki reqlamenti onlara təsir etməyib.

Lando Norris: “Birinci sərbəst yürüşlərdə özümü daha yaxşı hiss edirdim. Bəzi şeyləri sınadıq və sınamağa davam edəcəyik.

Biz xırda detallar üzərində işləyirik. McLaren olaraq ən yaxşı etdiyimiz şeylərdən biri yarışlara çox güclü başlanğıc sazlanması ilə gəlməkdir.

Bu, yaxşı haldır, lakin bundan sonra onu yaxşılaşdırmaq çətin ola bilər.

Lakin bu bizə fərqli şeyləri sınamaq şansı verir. Biz fərqli sazlanmalar və fərqli yanaşmalar üzərində işləyə bilərik. Bu, bizə avtomobilin reaksiyasını daha yaxşı hiss etməyə imkan verir”.

Rauf Hacıyev

Şərh əlavə et