Kokpit.az xatırladır ki, Barselona Qran Prisindən etibarən FİA elastik qanadların istifadəsini yasaqlayacaq. Bu yeni qaydadan sonra bəzi komandaların zəifləməsi, bəzilərinin isə güclənməsi gözlənilir.
McLaren və Mercedes-in elastik ön qanaddan ən çox təsirlənən komandalar olacaqları gözlənilir. Ferrari isə bu yeni qaydadan sonra güclənə bilər.
Toto Volff: “Məncə, Ferrari elastik qanadlarda ən mühafizəkar komanda idi. Görək bu hal komandaların sıralanmasına necə təsir edəcək. Necə olacağını mən də bilmirəm”.
Ferrari komandasının rəhbəri Frederik Vassyör isə bildirib ki, bu yeni qayda bütün komandalara təsir edəcək: “Məncə, Barselona Qran Prisini hamı maraqla gözləyir. Yeni ön qanad reqlamenti ilə çox şey dəyişə bilər. Çünki bu yeni reqlamentin komandalar üzərindəki təsirini heç kim bilmir”.
Şərh əlavə et