Xəbəri Kokpitdə Oxuyun!

Sauber xüsusi rəng çaları ilə yarışacaq

Stake F1 komandası Barselona Qran Prisində maşının rəng çalarında dəyişiklik edəcək.

Kokpit.az bildirir ki, bu Stake F1 komandasının builki ikinci xüsusi rəng çalarıdır. Onlar daha əvvəl Mayamidə rəng çalarında dəyişiklik etmişdilər.

İsveçrə komandasının Barselonadakı hədəfi Avstraliyadan sonra növbəti dəfə xal qazanmaqdır. Xatırladaq ki, Stake komandası bu mövsüm ilk xallarını Niko Hülkenberq ilə Avstraliyada qazanmışdı.


Rauf Hacıyev

Şərh əlavə et