Xəbəri Kokpitdə Oxuyun!

Piastri: Maksla sürüş tərzimiz oxşardır

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, onun sürüş tərzi Maks Ferstappenlə yaxındır.

Kokpit.az xatırladır ki, bu il avstraliyalı sürücü ilə Maks Ferstappen arasında bir neçə dəfə ciddi mübarizə olub. Onlar Səudiyyə Ərəbistanı, Mayami və İmola yarışlarında təkər-təkərə yarışıblar.

Hazırda Oskar Piastri çempionatda liderdir. Maks Ferstappen isə 25 xal geridə üçüncü yerdədir. Bu mövsüm Oskarın 4, Maksın 2 yarış qələbəsi var.

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Maksın yarış tərzi ilə oxşarlıq olsa da, arada böyük fərq var: “Uzun illər Maksı izlədiyim və hazırda onunla mübarizə apardığım üçüb onun rəqabət yanaşmasını bilirəm.

Düşünürəm ki, onun yanaşması bir az daha qəddar olsa da, ona oxşar yanaşmam var. Maks və mən çox oxşar şəkildə yarışırıq. Yarış üslubumuz möhkəm, barışmazdır və hər ikimiz də limitləri aşırıq.

Mən həmişə ədalətli olmağa çalışıram, lakin sərt və təmiz yarış ilə limitləri aşmaq arasında çox incə bir xətt var. Bu tarazlığı tapmaq həmişə çətindir.

Ancaq düşünürəm ki, Maks və mən bir-birimizə çox hörmət edirik. Xüsusilə bu il bir neçə dəfə mübarizə apardıqdan  sonra gözləntilərimizi bilirik.”

Rauf Hacıyev

Şərh əlavə et