Kokpit.az xatırladır ki, Red Bull komandası Monakoda dördüncü yeri tutub. O, ikinci pit-stopa son dövrədə gedib və trasa dördüncü yerdə qayıdıb.
Helmut Marko: “Monakoda planımız işə yaramadı. Planın işə yaraması üçün son dövrələrdə qırmızı bayraq ya da təhlükəsizlik maşını çıxmalı idi. Maks üçün tək şans bu idu, amma işə yaramadı.
İki pit-stoplu strategiyanın təsiri təhlükəsiz maşını olmadan yox idi.
Bu, çox darıxdırıcı yarış idi. Keçən illə müqayisədə orta cərgələrdə belə rəqabət az idi. Bu trasda ötmə mümkün deyil. Maşınınız rəqibdən beş saniyə sürətli olsa belə, fərqi yoxdur.
Gələn ilin avtomobilləri bir qədər kiçik olacaq, lakin bu, kifayət deyil. Formula 2 avtomobilləri də xeyli kiçikdir, lakin ötmə zamanı eyni problemlər var”.
Bəziləri trasın enlənəcəyi halda ötmələrin artacağını düşünür. Lakin Helmut Marko bununla razı deyil: “Bu işə yaramaz. Daha uzun düzlüyə ehtiyacımız var. Yalnız bunun hesabına DRS sistemi təsirli ola bilər. Problemlə 1990-cı illərdə başladı. Enli ön qanadlar vəziyyəti daha da pisləşdirdi. Niki Lauda onları otbiçən adlandırırdı. O vaxtdan sonra bütün sürücülər qanadlara zərər verməmək üçün təmkinli davranırlar”.
Helmut Marko komandanın performansı barədə bunları deyib: “Maks bu dəfə dördüncü oldu, lakin o, çox şey itirmədi, çünki Lando Norris yarışı qazandı və Oscar Piastri yalnız üçüncü ola bildi.
İndi biz Barselona barədə düşünürük. Ümid edirəm ki, maşınımız orada da Imolada olduğu kimi sürətli olacaq. Sıralanma turu Barselonada çox vacibdir, çünki orada ötmə etmək çətindir. Amma təkərlər performansını itirsə, arxa və ön düzlükdə ötmə etmək mümkün ola bilər”.
Barselona Qran Prisindən etibarən FİA elastik ön qanadlara yasaq qoyur və ön qanadlar daha sərt olacaq. Bu qaydanın McLaren-ə mənfi təsir edəcəyi ilə bağlı iddialar var.
Helmut Marko: “Ən azından təsirinin olacağını deyirlər. Görək necə olacaq”.
Şərh əlavə et