Kokpit.az bildirir ki, Ferrari komandası İspaniya Qran Prisinə yalnız yeni ön qanad gətirəcək. Bu ön qanad FİA-nın elastik qanadlarla bağlı gətirdiyi qaydalara görə düzəldilib.
Monako Qran Prisindəm sonra jurnalistlər Lyuis Həmiltondan “İspaniyada yeniliklər olacaq?” sualı veriblər. Yeddiqat Dünya Çempionu isə cavabında “bildiyim qədəri ilə yox” deyib.
Bu yeni ön qanad İspaniyadakı həftəsonunun əsas nüanslarından biri olacaq. Bu detal tək başına da olsa, bolidin bütün aerodinamikasına təsir edəcək qədər vacibdir. Yeni ön qanadın maşına olan təsiri müşahidə ediləcək.
Lakin tiffozilər daha böyük yeniliklər üçün bir az da səbir etməlidirlər. O yenilik paketinin iyun ayından etibarən gətirilməsi gözlənilir.
Ferrari komandasının rəhbəri Frederik Vassyör bu barədə belə danışıb: “İspaniyadan etibarən ön qanadlarla bağlı yeni texniki reqlament olacaq.
Bütün komandalar bu yarış üçün xüsusi hazırlanıblar. Hamı bu yarışı dönüm nöqtəsi kimi görürlər. Doğrudan da güc balansı dəyişəcək? Bunu bilmirik.
Ancaq bizim işimiz öz performansımızı istənilən döngədə yaxşılaşdırmaqdır. Sürətli döngələrdə inkişaf etmişik. Monakoda yavaş döngələrdə yaxşı idik. İndi bütün bunları İspaniyada təsdiq etməyə çalışacağıq”.
Şərh əlavə et