Kokpit.az bildirir ki, Kataloniya trasının rəhbərliyi bu addımı 2026-cı ildə təqvimdə qala bilmək üçün atıb.
Fernando Alonso: “Bu mənim üçün bir şərəf və xüsusilikdir. Kataloniya kimi bir trasın səfiri olduğum üçün çox sevincliyəm.
Bizə bu qədər sevinc yaşatmış bu tras üçün bir addım atılmalı idi. Formula 1-in və yer üzündəki digər trasların hazırkı standartlarına uyğunlaşmaq üçün bu addım lazım idi.
Məncə, bu trasın təqvimdə qalması həm bazasına, həm də yarış ənənəsinə gözə çox vacibdir”.
Xatırladaq ki, trası müasirləşdirmək üçün 2024-cü ildə ciddi yatırımlar edilib. Bazanın, VİP tribunaların və pit bölgəsinin yenilənməsi ilə trasın standartları yüksəlib.
Fernando Alonso Formula 1-də tras seçiminin artdığını deyib: “Təqvimdə böyük şəhərlərin küçə traslarından yaxın şərqdəki möhtəşəm bazalara qədər müxtəlif traslar var. Ancaq Formula 1 tarixinin yazıldığı ənənəvi traslar da var. Bütün alternativlər dəyərləndirilməlidir, amma bu tarixi traslar da qorunmalıdır. Ən vacibi isə trasdakı təhlükəsizlik gözardı edilməməlidir”.
Şərh əlavə et