Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Yarışı manipulyasiya etdilər

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, icbari iki pit-stop strategiyası yarışın gedişatını dəyişdirib və bəzi komandalar bu qaydanı asanlıqla manopulyasiya ediblər.

Kokpit.az xatırladır ki, Monako yarışında Williams-ın hər iki sürücüsü də arxalarındakı sürücaləri ləngidərək pit-stopa rahatlıqla girib çıxıblar. Bu taktika hesabına Karlos Sayns yarışdan 1 xalla ayrılıb.

Karlos Sayns: “Nəticədə maşının potensialından 2-3 saniyə yavaş gedirsiniz. Bu da yarışın nəticəsini manipulyasiya etmək deməkdir. Monakoda bunu etmək çox asandır. DRS və uzun düzlüklərin olduğu traslarda bunu edə bilməzsiniz. Amma burada belə yarışmaq hamı üçün asan idi”.

Corc Rassell yarışda 10-cu yer uğrunda mübarizə apararkən önündəki Aleks Elbon Karlos Saynsa pitə girmək üçün boşluq yaratmağa çalışırdı və buna görə də yavaş sürürdü.

Lakin Mercedes komandasının sürücüsü yarışın 50-ci dövrəsində Növil şikanında trası kəsərək Elbonu keçib. Daha sonra Rassell radiodan bildirib ki, Elbon qeyri-stabil formada sürür və o, qəzanın qarşısını almaq üçün bunu edib. Eyni zamanda komandasına 10 saniyə cəza alsam da, fərq açaram deyib və yerini geri qaytarmayıb.

Ancaq Rassellin bu radio danışığı onun bu hərəkəti bilərək etdiyini isbatlayıb. Buna görə də 10 saniyəlik zaman cəzası yox, daha ağır olan pitdən keçmə cəzası veriblər.

Karlos Sayns rəqibi Rasselli anladığını deyib: “Niyə elə etdiyini tamamilə anlayıram, çünki mən də demək olar ki, eynisini edəcəkdim.

Keçmişdə bir yarışı manipulyasiya etmək çox ciddi cəzalarla nəticələnirdi. Hazırda qəza etmirik, amma o qədər yavaş sürürük ki, bu manipulyasiya etməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et